Ağdərədə mülki şəxs minaya düşüb
Ağdərə rayonu ərazisində mülki şəxs minaya düşüb.
“TV1” xəbər verir ki, hadisə rayonun Qızıloba kənd ərazisində qeydə alınıb.
Məlumata görə, Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidə mal-qara otararkən minaya düşüb.
Minaya düşən şəxs Tərtər xəstəxanasına yerləşdirilib. Ağdərə rayonunun Qızıloba kənd ərazisində minaya düşərək xəsarət alan 1978-ci il təvəllüdlü Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidən çıxarılıb. Tərtər Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilən yaralaya ilkin tibbi yardım göstərilib. T.Hüseynov sağ ayağının pəncəsi və ayağının aşağı hissəsində çoxsaylı qəlpə yaraları alıb.
Yaralı sonra Bərdə Rayon Mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə köçürülüb. Bərdə Mərkəzi Xəstəxanasından bildirilib ki, minaya düşmə səbəbilə xəsarət alan 1978-ci il təvəllüdlü şəxs sağ aşıq baldırının travmatik amputasiyası, sağ baldırın qəlpə yarası diaqnozu təyin edilən pasiyentin üzərində sağ baldır ayaq oynağının şopar oynağı amputasiyası əməliyyatı icra olunacaq: “Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır”.
Qeyd edək ki, hadisənin baş verdiyi ərazi keçmiş təmas xətti olub. /report/