2 yaşlı qız hamamda vannada boğulub öldü
Ötən gün saat 22:00 radələrində paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsində faciəvi hadisə baş verib.
“TV1” xəbər verir ki, qəsəbənin Xaqani küçəsində yaşayan 2023-cü il təvəllüdlü Nilay Təbriz qızı Məmmədova yaşadığı mənzilin hamam otağında vannada boğularaq ölüb.
Faktla bağlı araşdırmalar aparılır. /bakı