2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb öldü

media-ads_728_90

Tərtər şəhərində 2 yaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“TV1” xəbər verir ki,  hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.

Belə ki, 2024-cü il təvəllüdlü Murad yaşadığı binanın 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanından ehtiyatsızlıq nəticəsində yıxılıb.

Ağır xəsarət alan azyaşlı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

media-ads_728_90
Paylaş