media-1200x100

2024-cü il qlobal miqyasda ən isti il olub

media-ads_728_90

2024-cü ilin qlobal miqyasda ən isti il olduğu təsdiqlənib.

“TV1” xəbər verir ki, “China Daily” qəzeti bu barədə Kopernik İqlim Dəyişikliyi Xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, 2024-cü il həm də orta qlobal temperaturun əvvəlki səviyyədən 1,5 dərəcə yüksək olduğu ilk təqvim ili kimi qeyd olunur. Bu nəticə Paris Sazişi ilə müəyyən edilmiş göstəricinin kritik həddidir.

Kopernik İqlim Dəyişikliyi Xidməti bildirib ki, 2024-cü ildə qlobal orta temperatur 15,1 dərəcə olub. Bu 2023-cü il üçün olan göstəricidən 0,12 dərəcə yüksəkdir.

media-ads_728_90
Paylaş