24 yaşlı qız Nizami məqbərəsində körpüdən yıxıldı
Gəncədə qadın körpüdən yıxılaraq yaralanıb.
“TV1” xəbər verir ki, hadisə Gəncə-Bakı avtomobil yolunda Nizami Gəncəvinin məqbərə-kompleksinin körpüsündə qeydə alınıb.
Belə ki, xəsarətlər alan 2002-ci il təvəllüdlü Zinyət Əşrəfova xəstəxanaların birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma başlanılıb. /qafqazinfo/








