Ucarda sərnişin daşıyan avtobus yandı - VİDEO 

media-ads_728_90

Bak-Qazax magistral avtomobil yolunun Ucar rayonundan keçən hissəsində sərnişin daşıyan “Vito” markalı mikroavtobus yanıb.

“TV1” xəbər verir ki, hadisə vaxtı avtomobilin içərisində sərnişinlər olub və onlar maşından dərhal düşürülüb.

Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

İlkin məlumata görə, avtomobil Gədəbəydən Bakıya sərnişin daşıyırmış.

media-ads_728_90
Paylaş