İtkin düşmüş 8 nəfər tapılıb

media-ads_728_90

İtkin düşənlərin tapılmasında məlumat mühümdür.
“TV1” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

Polis əməkdaşları ailə üzvləri ilə əlaqəsi kəsilən, evdən xəbərsiz uzaqlaşan şəxslərin tapılması üçün gündəlik axtarış və profilaktik tədbirlər həyata keçirir.
Oktyabrın 6-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

media-ads_728_90
Paylaş