28 May metrostansiyası yaxınlığında asfalt yolun bir hissəsi çöküb - FOTO
Bakının Nəsimi rayonu, 28 May metrostansiyası yaxınlığında, Puşkin küçəsində yeni təmir olunan yolun asfalt örtüyü çöküb və nəticədə AYNA-ya (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) məxsus avtomobil yaranan çalaya düşüb.
“TV1” xəbər verir ki, hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, ərazidə nəqliyyatın hərəkətində çətinliklər yaranıb və yolun çökməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.








