Cəlilabadda əmi qardaşı uşaqlarını baltalayıb

media-ads_728_90

Cəlilabad rayonunda 12 və 14 yaşlı uşaqlar balta ilə vurularaq ağır xəsarətlər alıblar.

“TV1” report-a istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini qardaşı qızı və oğluna balta ilə müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinir. Xəsarət alan yeniyetmələr Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hadisəsin təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

xxx

Xəsarət alan yeniyetmələrin kimliyi məlum olub. Onlar rayonun Üçtəpə kənd sakinləri – 2012-ci il təvəllüdlü Nağıyev Hüseyn Musa oğlu və 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızıdır. Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Ə. Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

xxx

Cəlilabadda baltalanan yeniyetmələrin vəziyyəti ağır olaraq qalır. Bu barədə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, 01.02.2026-cı il tarixində saat 17:00 radələrində 2 nəfər (1-i qadın, 1-kişi) Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş yaraları diaqnozu təyin edilib.

Hər iki şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

 

media-ads_728_90
Paylaş