5 Sosial Xidmət Mərkəzi açılacaq
“İl sonuna kimi 5 Sosial Xidmət Mərkəzinin açılması planlaşdırılır”.
“TV1” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin 5 illiyinə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bununla da həmin mərkəzlərin sayı 10-a çatdırılacaq.
“Agentliyin prioritetlərindən ən əsası sosial xidmətlər şəbəkəsinin genişləndirilməsidir. Sosial sifarişlər çərçivəsində təşkil olunan əlilliyi müəyyən edilmiş uşaqların sosial reabilitasiyası mərkəzlərinin və günərzi qayğı mərkəzlərinin sayının illər üzrə artırılması ilə 30-dan 45-ə çatdırılmasını planlaşdırılır” – deyə sədr əlavə edib.