media-1200x100

52,6 min qaçqın Suriyaya qayıdıb – Türkiyə DİN

media-ads_728_90

Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib ki, Suriyada baş vermiş hakimiyyət dəyişikliyindən sonra suriyalı qaçqınların doğma vətənlərinə qayıdış tempi kəskin şəkildə sürətlənib.

“TV1” xəbər verir ki, bunu nazir Cilvegözü sərhəd buraxılış məntəqəsində jurnalistlərə verdiyi açıqlamada bildirib.

O bildirib ki, təkcə bir ay ərzində Suriyaya qayıtmış qaçqınların sayı 52,6 min nəfərə çatıb.

“Suriyada hakimiyyətin dəyişdiyi 8 dekabr 2024-cü ilə qədər, hər ay ölkəyə orta hesabla 11 min nəfər qayıdırdı. Bu, ötən ilin dekabr ayına qədərki 11 ayı əhatə edən məlumatlardır. Dəməşqdə hakimiyyətin dəyişilməsindən dərhal sonra bu rəqəmlər kəskin şəkildə yüksəlib. Son ay ərzində Türkiyədən Suriyaya 52,6 min nəfər könüllü olaraq qayıtdı”, – deyə nazir bəyan edib.

media-ads_728_90
Paylaş