6 ayda 9294 təbii və texnogen mənşəli hadisə baş verib, 36 nəfər ölüb - RƏSMİ
2025-ci ilin I yarımili ərzində respublika ərazisində ümumilikdə 9294 təbii və texnogen mənşəli hadisə baş verib.
“TV1” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında bildirilib.
Qeyd olunur ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2244 hadisə və ya 39% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 36 nəfər həlak olub, 132 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 30 nəfər xilas edilib, 395 nəfər təxliyə olunub.