66 yaşlı qadın baltalanaraq qətlə yetirilib - Təqsirli bilinən oğlu da ölüb...

media-ads_728_90

Şəmkirdə qətl hadisəsi baş verib.

“TV1” xəbər verir ki, Şəmkir rayonunun Qaracəmirli kənd sakini 1960-cı il təvəllüdlü Sərdarova Çiçək Xəlil qızının balta ilə qətlə yetirildiyi bildirilir.

Onun oğlu, 1993-ci il təvəllüdlü Allahverdiyev Anar Natiq oğlu cinayəti törətməkdə təqsirli bilinir. Oğulun cinayəti törətdikdən sonra özünü yandıraraq öldürdüyü deyilir.

Məlumata görə, A.Allahverdiyev ruhi-əsəb xəstəsidir.

Hadisə ilə bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır. /qafqazinfo/

media-ads_728_90
Paylaş