87 yaşlı anasını güllələyərək yaraladı - Özünü isə öldürdü
Sabirabad sakini anasını güllələyərək yaralayıb, özünü isə öldürüb.
“TV1” xəbər verir ki, hadisə Sabirabad rayonunun Nizami kəndində baş verib.
Həmin kəndin sakini, 1970-ci il təvəllüdlü İsayev Malik Xanlar oğlu anası Nizami kənd sakini, 1938-ci il təvəlüdlü Hüseynova Səbiyyə Astan qızına arxadan ov tüfəngi ilə atəş açaraq yaralayıb. Daha sonra özünü güllələyərək öldürüb.
S.Hüseynova Şirvan xəstəxanasına çatdırlaraq əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.