media-1200x100

ABŞ-da iş yerlərində 458 ölüm hadisəsi baş verib - HESABAT 

media-ads_728_90

ABŞ-da 2023-cü ildə iş yerlərində 458 ölüm hadisəsi baş verib.

“TV1” xəbər verir ki, bu barədə ABŞ-ın Əmək Statistikası Bürosunun bu gün açıqladığı hesabatda bildirilir.

Qeyd olunur ki, bu statistika 2022-ci ilin göstəricilərinə (524) görə, bir qədər aşağı düşüb.

Hesabatda açıqlanan statistik məlumatlara əsasən, 2018-2023-cü illər ərzində ABŞ-da iş yerlərində 2762 ölüm hadisəsi törədilib.

Ölkədə işçilərin iş yerlərində ölüm təhlükəsi ilə üzləşməsi yeganə risk hesab olunmur. Hesabatda həmçinin qeyd olunur ki, 2023-cü ildə iş yerlərində 5283 şəxs həlak olub. Həmin ölün hallarının 1942-nin baş vermə səbəbi qəza hallarıdır. 885 işçi isə yüksəkdən yıxılma nəticəsində həyatını itirib.

media-ads_728_90
Paylaş