media-1200x100

ABŞ-da meşə yanğınlarında ölənlərin sayı 11-ə çatıb - CNN

media-ads_728_90

Kaliforniya ştatının Los-Anceles dairəsini əhatə edən yanğınlar nəticəsində azı 11 nəfər həlak olub.

“TV1” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, beş nəfər Palisades bölgəsində, daha altı nəfər isə İton adlanan ərazidə ölüb.

Los-Ancelesdə ümumi sahəsi 15,2 min hektar olan altı meşə yanğını davam edir.

media-ads_728_90
Paylaş