ABŞ-da terror aktı qurbanlarının sayı 15-ə çatıb
ABŞ-nin Luiziana ştatının Nyu-Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb.
“TV1” xəbər verir ki, bu barədə “CBS News”a rəsmi şəxslər bildirib.
“Yeni il gecəsi Nyu-Orleanın Fransız məhəlləsindəki Burbon küçəsində bir kişi pikap avtomobilini qəsdən insan izdihamının üzərinə sürüb. Rəsmilərin bildirdiyinə görə, hadisə nəticəsində 15 nəfər həlak olub və onlarla insan xəsarət alıb”, – telekanal qeyd edib.
Xatırladaq ki, daha əvvəl hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi açıqlanmışdı. Bundan başqa, Federal Təhqiqat Bürosu hadisəni “terror aktı kimi təhqiq edəcəyini” elan etmişdi.