ABŞ-ın İrandakı əməli MƏQSƏDLƏRİ - "Şirin dillə və ya güclə"
ABŞ-ın İrandakı əməli məqsədləri
Əvvəlki əsrlərdəki Britaniya imperiyası kimi ABŞ, qlobal hökmranlığını dəniz ticarəti yollarına nəzarət üzərində qurur.
Qərbin Avrasiyadakı əsas layihələrindən biri Hindistanda həyata keçiriləcək. Çinin kontinental quru ticarəti kommunikasiyalarını (Yeni İpək Yolu) formalaşdırmaq cəhdləri Vaşinqtonda Avrasiyada yeni imperiyasının yaradılması kimi qəbul edildir. Və bu cəhd ən şiddətli müqavimətlə qarşılanır vu bunun qurbanı Berlin-Moskva-Pekin geosiyasi oxu oldu.
Rusiya Federasiyasından enerji ixracı əsasən Qara və Baltik dənizlərindən keçir. Baltikdə – Ust-Luqa, Qara dənizdə – Novorossiysk portları daha çox tanınır. Lakin Baltik dənizi dar Danimarka boğazıları, Qara dəniz isə çox da enli olmayan Bosfor körfəzi ilə çox da münasib deyil. Bu logistikanı idarə etmək və bağlamaq asandır. Buna görə də, Rusiya Federasiyası alternativ dəniz yollarını inkişaf etdirir. Bunlar Şimal Dəniz Marşrutu və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizidir.
Şimal Dəniz Marşrutu (ŞDM) Rusiyadan Çinə dəniz yoluna alternativ olsa da, mürəkkəb marşrutdur. Bu, əslində sahilboy naviqasiyadır. Ağır buzqıran gəmilərin müşayəti ilə bir qayda olaraq yüklər nəzarət olunan sahil xətti boyunca hərəkət edir. Başq bir marşrut isə Baltik, Atlantik, Aralıq dənizi, Süveyş kanalı, Hind və Sakit okeanlar vasitəsilə rallaşır.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi əslində Rusiyadan Hindistana ən qısa yoldur. Əgər ABŞ gələcəkdə Berinq boğazında çətinlik yaratmasa, Şimal Dəniz Marşrutu bağlana bilməz.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bağlanması da çətindir. O, Rusiyadan İrana gedir, lakin İran ərazisinə potensial olaraq üç giriş nöqtəsinə malikdir: Azərbaycandan, Türkmənistandan və Xəzər dənizi vasitəsilə.
Bəzi ekspertlərin fikrinə görə nəzəri baxımdan ABŞ Ankara və Bakıya təzyiq göstərməklə Azərbaycandan keçən xətti bağlaya bilər. Amma bu marşrut hazırda Azərbaycanın logistik maraqlarına xidmət etdiyindən yolun bağlanması real görünmür. Bu istiqamətda təqribən 3 milyon ton yükün daşınması marşrutun əhəmiyyətini artırır. Hərçənd ki, burada Rəşt -Astara istiqamətində 162 kilometrlik dəmiryolu xəttinin çəkilməməsi daha böyük imkanlara kölgə salır. Əgər bu xətt çəkilərsə yükdaşımaların həcmi 2030-cu ilə kimi 30 milyon ton ola bilər.
Qazaxıstan və Türkmənistan ərazisindən , eləcə də Xəzər dənizindən keçən marşrutu bağlamaq mümkün deyil.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin son nöqtəsi İranın Bəndər-Abbas limanıdır ki, onun yanında Fars körfəzinə və Hörmüz boğazına – Keşm və Hörmüz adalarına keçid var.
Bəndər-Abbasda həmçinin İranın ən böyük neft emalı zavodu olan -“Fars körfəzinin ulduzu” yerləşir. Yeri gəlmişkən, keçmişdə Bəndər-Abbas Oman sultanlarına məxsus idi. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi işə salınarsa, Rusiyadan üzü Hindistana doğru tam qorunan nəqliyyat dəhlizi açılacaq.
Çin və Hindistan Rusiya neftinin ən böyük alıcılarıdır və təbii qazdan fərqli olaraq, dəniz yolunun alternativləri azdır. Bu halda, Rusiya Federasiyasının Bosfor və Danimarka boğazlarından (Kiçik Belt, Böyük Belt, Zound, Katteqat, Skagerrak) asılılığı aradan qalxır. Bundan başqa, İranın ərəb mənşəli əhalisinin yaşadığı Xuzistan əyaləti var ki, bu əyalət üzərində İraq İranla səkkiz il vuruşub. Bu ərazi neft və liman infrastrukturu ilə zəngindir.
ABŞ-ın burada strategiyası nə ola bilər?
Vaşinqton böyük ehtimalla Tehranda siyasi rejimin dəyişilməsinə çalışacaq və İranın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsindən imtina etməsinə cəhd göstərəcək. Əgər Ayətullah rejimi duruş gətirəcəksə, onda Xuzistan ərazisində mümkün yeni ərəb dövlətinin yaranması B variantı kimi gündəmdə olacaq. Bəndər-Abbas limanı, və yaxınlıqdakı adalar əsasında Honq-Konq və ya Sinqapura bənzər analoqun yaradılması ilə parçalanma cəhdlər davam edə bilər. Və yaxud Portuqaliya Makaosu kimi bir növ ofşor şirkət yaratmağa cəhd edə bilərlər.
ABŞ necə hərəkət edəcək?
İlk növbədə İran limanlarının blokadası daha real görünür. Raket və bomba zərbələri ikinci addım ola bilər. Çünki güclü dəniz aviasiya qrupu artıq İran sahillərinə doğru irəliləyir. Gələcəkdə hətta proksi qüvvələrdən istifadə edərək quru əməliyyatı seçimi də ola bilər.
İranın milli tərkibli xırda respublikalar bölünməsi Qərbdəki bəzi qüvvələrin arzuladığı modeldir.
Açıq mənbələrin yaydığı məlumatlarda görününr ki, İraq Kürdüstanına birləşdirilməklə İrandan qopmaqla yeni kürd dövlətinin yaradılması ideyası xüsusi xidmət orqanlarının stolüstü hesabatlarına çevrilib. Hərçənd ki, İran kürdlərinin qüvvələri bunun üçün yetərli deyil. Baxmayaraq ki, SSRİ vaxtilə İranda “Kürd Qərbi İran Xalq Cümhuriyyəti” layihəsi yaratmışdı.
Bir sözlə ABŞ ilk növbədə İranda siyasi rejimin dəyişdirilməsi üzərində çalışır. Çətin görünən digər ehtimal isə İranın parçalanmasıdır. ABŞ yalnız ən ekstremal halda sərt versiyaya keçəcək.
İrana qarşı hərbi əməliyyatlar nəticəsində həm də Rusiyaya Hindistana doğru ticarət yollarını şaxələndirməyə imkan verməyəcəkl. Ən azından ABŞ bunu təmin etmək üçün əllərindən gələni edəcək.
Hər halda ABŞ güc tətbiq etməyə öyrəşib. İndiki dövrdə sadəcə şirin dil və diplomatiya işə yaramır. Böyük hədəflər fonunda İranın nüvə proqramının tam məhvi indi əsas mövzu deyil. Ona görə də təyyarədaşıyan gəmilər körfəzə daxil olur . Amma İranı da zəif rəqib kimi görmək strateji səhv ola bilər. 2025-ci ilin iyun ayındakı 12 günlük döyüşlər bu fikri təsdiq edir.
“TV1”-in Analitik Qrupu








