Ağcabədidə doğuş zamanı ana ölüb
Ağcabədi rayonunda ana doğuş zamanı həyatını itirib.
“TV1” xəbər verir ki, rayonun Avşar kənd sakini, 2005-ci il təvəllüdlü Şərqiyyə Qasımova doğuş zamanı ölüb.
Onun dünyaya gətirdiyi körpə (oğlan) isə xilas edilib.
Faktla bağlı araşdırma aparılır.