Ağcabədidə Kür çayı bəndi yarıb
Ağcabədi rayonunda Kür çayında suyun səviyyəsinin yüksəlməsi nəticəsində mühafizə bəndi yarılıb.
“TV1” xəbər verir ki, son günlər yağan aramsız yağışlar çayda suyun həcmini artıraraq daşqına səbəb olub.
Nəticədə Kür çayının rayonun Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində, Qarqarçayın çaya qovuşduğu nöqtədə bənd dağılıb.
Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib.
Hazırda ərazidə vəziyyət nəzarət altındadır.








