Ağdamda ata azyaşlı körpəsini döyərək ölümcül hala salıb

media-ads_728_90

Ağdamda ata azyaşlı körpəsini döyərək ölümcül hala salıb.

“TV1” xəbər verir ki, hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb.

Belə ki, 2023-cü il təvəllüdlü Rəhimov Musa Sadiq oğlu ağır travmalarla Ağdam rayon mərkəzi xəstəxanasına gətirilib. Onun vəziyyətinin kəskin ağır olduğu bildirilir.

Əməli törətməkdə şübhəli bilinən ata Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ağdamda baş vermiş hadisənin bəzi təfərrüatı məlum olub.

Sözügedən körpə bir müddət əvvəl də valideynləri tərəfindən ağır işgəncələrə məruz qalıb. Belə ki, əqli qüsurlu olduğu deyilən hər iki valideyn körpənin bədəninin bir neçə nahiyəsini dişləyərək xəsarət yetiribmişlər.

Körpə müalicə olunduqdan sonra körpələr evində himayəyə götürülüb. Lakin sonradan uşaq valideynlərinə qaytarılıb. /trend/

media-ads_728_90
Paylaş