Ağdam sakini keçmiş təmas xəttində minaya düşüb, ayağı amputasiya olunub - YENİLƏNİB

media-ads_728_90

Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində martın 26-da baş vermiş mina hadisəsində 1985-ci il təvəllüdlü kənd sakini Abbasov Ceyhun Firdovsi oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

“TV1” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda qeyd olunub.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

“ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!”, – deyə birgə məlumatda vurğulanıb.

xxx

Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində mina partlayıb, kənd sakini xəsarət alıb.

“TV1” xəbər verir ki, kəndin sakini, 1985-ci il təvəllüdlü Ceyhun Firdovsi oğlu Abbasov minaya düşüb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları minaya düşən şəxsin ərazidən çıxarılması üçün hadisə yerinə təxliyə edilib.

Faktla bağlı araşdırma başlanılıb.

xxx

Minaya düşən C.Abbasovun sol ayağının dizdən aşağı hissəsi amputasiya olunub.

media-ads_728_90
Paylaş