Ağdamda valideynlərinin zorakılıq etdiyi azyaşlının vəziyyəti necədir? - TƏBİB AÇIQLADI

media-ads_728_90

2023-cü il təvəllüdlü azyaşlının müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir, vəziyyəti ağır olaraq qiymətləndirilir.

“TV1” xəbər verir ki, bu barədə TƏBİB-in Ağdamda valideynlərin zorakılıq etdiyi körpənin vəziyyəti ilə bağlı yaydığı məlumatda bildirilir.

Xatırladaq ki, 27.08.2025-ci il tarixində saat 16:20 radələrində komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan azyaşlı zəruri tibbi xidmət göstərildikdən sonra, daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.

Pasiyentin üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub.

media-ads_728_90
Paylaş