Ağdərədə dağlıq ərazidə YANĞIN

media-ads_728_90

Ağdərə rayonunun Canyataq kəndində yanğın olub.

“TV1” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, dağlıq ərazidə 9 ha sahədə quru ot, kol-kos və yaşayış olmayan, yararsız vəziyyətdə olan evin yanar konstruksiyaları yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

media-ads_728_90
Paylaş