Ağdərədə insan sümüyünə bənzər sklet fraqmentləri aşkarlanıb
Ağdərə rayonunun Baş Güney kəndi ərazisində insana məxsus olduğu ehtimal edilən sklet fraqmentləri aşkarlanıb.
“TV1” xəbər verir ki, qalıqların Əsəddin Curu oğlu Novruzov və Qurban Ramazan oğlu Göyüşova məxsus olduğu ehtimal edilir.
Bildirilir ki, qalıqlar həmin şəxslərin 1992-ci il martın 12-də şəhid olduqdan sonra yaxınlarının qoyub getdikləri yerdə tapılıb.
Artıq qalıqlar ərazidən götürülərək şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilib.