Ağdərədə minaya düşən şəxsin SON VƏZİYYƏTİ

media-ads_728_90

Ağdərədə minaya düşərək xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

“TV1” xəbər verir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, partlayış travması, sağ ayağın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində sağ baldırın yuxarı 1/3 səviyyəsində amputasiyası əməliyyatı icra olunub.

Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Xatırladaq ki, hadisə işgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində baş verib.

Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1988-ci il təvəllüdlü Kərimov Elvin Həmiddin oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.

media-ads_728_90
Paylaş