Ağstafada AĞIR QƏZA - Ölən və xəsarət alan var
Ağstafada avtomobil qəzası baş verib, bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
“TV1” xəbər verir ki, “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində Zəlimxan kənd sakini, 2002-ci il təvəllüdlü Ayxan Məmmədov ölüb.
Daha bir nəfər isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.