Ağstafada GÜCLÜ YANĞIN - Əraziyə ətraf rayonlardan qüvvə cəlb olunub

media-ads_728_90

Ağstafa rayonunun Tatlı, Yuxarı Göycəli, Dağ Kəsəmən kəndləri ərazisində yanğın başlayıb.

“TV1” xəbər verir ki, hadisə Ağstafa rayonunun Hayvalı adlanan meşə sahəsində qeydə alınıb.

Yanğının ərazisi hazırda genişlənməkdədir. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Ətraf rayonlardan yanğının söndürülməsinə əlavə qüvvə cəlb edilib. Hayvalı adlanan meşə sahəsindəki yanğını söndürmək üçün 7 yanğınsöndürən maşın hadisə yerinə cəlb edilib.

Çox sayda canlı qüvvə əsasən Qazax, Tovuz və Ağstafa rayonlarından əraziyə cəlb olunub.

Qeyd edək ki, Hayvalı adlanan meşə sahəsindən əsasən qışlaq kimi istifadə olunur.

media-ads_728_90
Paylaş