Ağsuda zəlzələ olub
Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı-Ağsu sərhədində, Ağsu rayonu ərazisində 3,8 maqnitudalı zəlzələ qeydə alınıb.
“TV1” xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 07.56-da baş verən zəlzələ episentrdə 4 bal, ətraf yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.
Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib.








