Aktauda müalicə olunan 3 Azərbaycan vətəndaşının vəziyyəti açıqlanıb
Üç Azərbaycan vətəndaşı Aktauda müalicə olunur, onların hamısı süni tənəffüs aparatına qoşulub.
“TV1” xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, onların vəziyyəti stabil ağırdır:
“Nə zaman müsbət dinamikanı müşahidə etsək, onların da təxliyəsi qüsursuz və problemsiz mümkün olacaq”.
Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində ümumilikdə 38 nəfər, o cümlədən 26 Azərbaycan vətəndaşı həlak olub, 17 nəfər isə yaralanıb. Həlak olanlardan 4-nün şəxsiyyəti müəyyən edilərək Azərbaycan gətirilib, yaralılardan isə səhhəti qənaətbəxş olan 14 nəfər vətənə gətirilib.