media-1200x100

Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub - YENİLƏNİB

media-ads_728_90

Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.

“TV1” xəbər verir ki, ATU-nun Mətbuat katibi Günel Aslanova deyib ki, bir müddət öncə Azər Baxşəliyevin ürək fəaliyyəti dayanıb:

“Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır”.

Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev dünən günorta vaxtı koma vəziyyətində xəstəxanaya çatdırılıb. Bu gün xəstəxana onun ölümü ilə bağlı xəbər yayıb. Daha sonra isə həkimlərin səyi ilə ürək fəaliyyətinin bərpa olunduğunu, süni tənəffüs aparatına qoşulduğunu açıqlayan ikinci məlumatı yayıb. /apa/

16:24  ———————————————————————————————————————————

Aktyor Azər Baxşəliyev vəfat edib.

“TV1” xəbər verir ki, bu barədə aktyorun yaxınları məlumat verib.

Aktyor bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, aktyor uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi.

media-ads_728_90
Paylaş