Aktyor Azər Baxşəliyev vəfat edib
Aktyor Azər Baxşəliyev vəfat edib.
“TV1” xəbər verir ki, o, bu gün dünyasını dəyişib.
Qeyd edək ki, aktyor daha əvvəl xəstəxanadan evə buraxılıb.
Xatırladaq ki, aktyor poli orqan çatışmazlığından əziyyət çəkirdi, orqanizmi yaşama qabiliyyətini itirmişdi. Həkimlərin səylərinə baxmayaraq, aktyorun ümumi vəziyyətində geridönməz proseslər baş verib.
Aktyor “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.