Alen Simonyan Sahibə Qafarova ilə görüşüb

media-ads_728_90

Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanla danışıqların davam etdiyini bildirib və azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşü barədə danışıb.

“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o bu barədə aprelin 22-də keçirilən brifinqdə bildirib.

A.Simonyanın sözlərinə görə, o, Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının iclası zamanı azərbaycanlı həmkarı Sahibə Qafarova ilə qısa söhbət aparıb.

A.Simonyan Azərbaycanın da Ermənistanla münasibətlərin tez bir zamanda normallaşmasında maraqlı olduğunu düşündüyünü vurğulayıb.

media-ads_728_90
Paylaş