ANAMA əməkdaşı Qazaxda minaya düşüb - Ayağı amputasiya edilib

media-ads_728_90

Ermənistanla sərhəd bölgədə yerləşən Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində noyabrın 17-də mina hadisəsi baș verib.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, agentliyin əməkdaşı 1988-ci il təvəllüdlü Samir Mübariz oğlu İmamverdiyev xidməti vəzifəsini yerinə yetirərkən piyadaəleyhinə mina partlayışı olub. Hadisə nəticəsində xəsarət alan əməkdaşın sağ ayağı topuq nahiyəsindən amputasiya edilib.

Samir İmamverdiyev Qazax Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub, vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

media-ads_728_90
Paylaş