ANAMA: Ötən ay 788 mina və 2106 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

media-ads_728_90

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən iyulda icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

“TV1” xəbər verir ki, bu barədə ANAMA-nın məlumatında bildirilir.

Qeyd olunur ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 614, tankəleyhinə 174 mina və 2106 partlamamış digər hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 8012,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

media-ads_728_90
Paylaş