Antalyada sərnişin avtobusu dərəyə aşıb - 8 ölü, 26 yaralı

media-ads_728_90

Türkiyənin Tekirdağ vilayətindən Antalyaya gedən sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

“TV1” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Antalya valisi Hulusi Şahin bildirib.

“Avtobus qəzasında səkkiz vətəndaşımız ölüb, 26 nəfər yaralanıb”, – vali deyib.

Qəza bu gün səhər saat 10:30 radələrində Antalya-İsparta magistral yolunda baş verib. Belə ki, sərnişin avtobusu Antalyanın girişində əsas yoldan çıxaraq aşıb və xəndəyə düşüb.

media-ads_728_90
Paylaş