Araz çayında yeniyetmə batıb - Axtarış aparılır

media-ads_728_90

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Araz çayının Saatlı şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

“TV1” FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Hadisə günorta saatlarında qeydə alınıb. Saatlı şəhər sakini, 2012-ci il təvəllüdlü Kənan Ramazanlı Araz çayında çimərkən suda batıb.

Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfinfən axtarış işləri davam etdirilir.

media-ads_728_90
Paylaş