Araz çayında batan yeniyetmənin meyiti tapılıb

media-ads_728_90

Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində batan yeniyetmənin meyiti tapılıb.

“TV1” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəsədi sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə günorta saatlarında qeydə alınıb. Balıq tutan yeniyetmə Süleyman Cahangirli çaya düşərək boğulub.

 

media-ads_728_90
Paylaş