Astarada faciə - 47 yaşlı qadın öldürülüb, oğlu şübhəli bilinir

media-ads_728_90

Astara rayonunda 47 yaşlı qadın öldürülüb, oğlu şübhəli şübhəli bilinir.

“TV1” xəbər verir ki, hadisə Astara şəhəri ərazisində baş verib.

Belə ki, şəhərin H.Aslanov küçəsi ev 57 ünvanında qeydiyatda olan 1999-cu il təvəllüdlü Murad Kazım oğlu Kazımzadə aralarında yaranmış mübahisə zəminində anası, 1978-ci il təvəllüdlü Məhəbbət Nurəddin qızı Qasımovaya 4 bıçaq zərbəsi yetirərək onu qətlə yetirib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyit müayinə olunmaq üçün aidiyyati üzrə təhvil verilib.

Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.

media-ads_728_90
Paylaş