Audiovizual Şura auditor seçir
Audiovizual Şura 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
“TV1” xəbər verir ki, sorğuda iştirak haqqı 15 manatdır.
İddiaçılar təkliflərini dekabrın 9-na qədər Şuranın Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 315 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə dekabrın 9-da, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.
Xatırladaq ki, Audiovizual Şura Prezident İlham Əliyevin 8 fevral 2022-ci il tarixli “Media haqqında” qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərmanı ilə yaradılıb.








