AXCP Rəyasət Heyətinin üzvünə də ittiham irəli sürüldü - Bu maddələrlə...

media-ads_728_90

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimliyə ittiham irəli sürülüb.

“TV1” xəbər verir ki, report-un məlumatına görə, o, Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, noyabrın 29-da AXCP sədri Əli Kərimli və onun müşaviri Məmməd İbrahimin evlərində DTX tərəfindən axtarış aparılıb, daha sonra onlar DTX-yə aparılaraq orada dindiriliblər.

media-ads_728_90
Paylaş