AXCP Rəyasət Heyəti üzvünün də evində axtarış aparıldı

media-ads_728_90

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin də evində axtarış aparılıb.

“TV1” xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, axtarış Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilib.

Qeyd edək ki, bir qədər əvvəl DTX AXCP sədri Əli Kərimlinin də evində axtarış aparıb.

Axtarış dövlətə xəyanət və digər xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi üzrə aparılan istintaqla bağlıdır.

media-ads_728_90
Paylaş