AZAL-ın təyyarəsi Bakıya geri qayıdıb - YENİLƏNİB

media-ads_728_90

J2-020 nömrəli Sankt-Peterburq–Bakı reysinin sərnişinlərinin daşınması üçün Bakıdan göndərilən “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus hava gəmisi paytaxta çatıb.

“TV1” xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Qeyd edilib ki, təyyarə Bakı vaxtı ilə saat 14:24-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

13:06

Sankt-Peterburq-Bakı reysini yerinə yetirən və Pulkovoda məcburi eniş edən təyyarənin sərnişinləri Azərbaycanın paytaxtına yola salınıblar.

“TV1” xəbər verir ki, bu barədə Şimal-Qərb Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“Pulkovo” hava limanında uçuş zolağından kənara çıxan təyyarənin sərnişinləri ehtiyat təyyarə ilə saat 9:43-də (Bakı vaxtılə 10.43-də) Bakıya yola düşüblər”, – mətbuat xidməti bildirib.

Xatırladaq ki, bu gün uçuş təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsinin kapitanı Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən (şassidə nasazlıq) geri qayıdaraq Pulkovo Hava Limanına eniş etməyə qərar verib.

Göyərtədə olan 155 sərnişin operativ şəkildə təxliyə olunub.

media-ads_728_90
Paylaş