media-1200x100

AZAL Kazana bütün uçuşları DAYANDIRDI

media-ads_728_90

Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşlar qeyri-müəyyən müddətə dayandırılır.

“TV1” xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin məlumatında deyilir.

“Son zamanlar Rusiyanın Kazan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır. Bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. Bunun üçün onlar [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər. AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq”, – deyə AZAL-dan bildirilib.

media-ads_728_90
Paylaş