AZAL təyyarəsinin qəzası ilə bağlı toplanmış materialların tədqiqatı aparılır

media-ads_728_90

Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzasının araşdırılması toplanmış materialların tədqiqatı mərhələsindədir.

“TV1” xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat naziri Marat Karabayev bildirib.

“Birinci mərhələ materialların toplanması idi. O mərhələ başa çatıb. İndi ikinci mərhələ – toplanmış materialların tədqiqatı aparılır və hazırda araşdırma mərhələsindəyik. Bu çərçivədə yerli və xarici mütəxəssislər ICAO ilə birlikdə Bakıda, Qroznıda, həmçinin Rostov-na-Donda olublar”, – deyə M.Karabayev qeyd edib.

Nazir əlavə edib ki, materiallar tədqiqatlar üçün Qazaxıstandadır.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb. İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

media-ads_728_90
Paylaş