Azərbaycan 9 ayda xalis maliyyə aktivlərini 4,5 milyard dollar artırıb

media-ads_728_90

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xalis maliyyə aktivləri 4 milyard 479,3 milyon ABŞ dolları artıb.

“TV1” xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə çoxdur.

9 aylıq artım xaricə yönəldilmiş birbaşa investisiyaların 922,7 milyon ABŞ dolları artması (1 il əvvələ nisbətən 58 % çox), portfel investisiyalarının 1 334,4 milyon ABŞ dolları artması (84,2 % çox), digər investisiyaların isə 2 milyard 222,2 milyon ABŞ dolları artması (1 il əvvəl 27 dəfə çox) hesabına baş tutub.

media-ads_728_90
Paylaş