Azərbaycan ağırlıqqaldıranı VI İslam Həmrəyliyi Oyunlarını iki medalla başa vurub

media-ads_728_90

Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli (110 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarını iki medalla başa vurub.

“TV1” xəbər verir ki, idmançı təkanla qaldırmada 211 kq çəkinin öhdəsindən gəlməklə gümüş medal əldə edib.

Beləliklə, Dadaş iki hərəkətin cəmində 391 kq qaldırmaqla gümüş mükafata sahib olub. O, daha əvvəl birdən qaldırmada 180 kq çəkinin öhdəsindən gəlmişdi.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

media-ads_728_90
Paylaş