Azərbaycan, Ermənistan və Gürcüstan XİN rəsmiləri Tbilisidə danışıqlar aparacaqlar

media-ads_728_90

Bu gün Tbilisidə Ermənistan, Gürcüstan və Azərbaycan xarici işlər nazirinin müavinlərinin iştirakı ilə regional əməkdaşlıq üzrə üçtərəfli danışıqlar keçiriləcək.

“TV1” “SputnikArmeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, danışıqlar zamanı tərəflər regional əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.

Gürcüstan daha əvvəl bəyan etmişdi ki, İrəvan və Bakı arasında sülh sazişinin imzalanması üçün də öz platformasını təqdim etməyə hazırdır.

media-ads_728_90
Paylaş