Azərbaycan Ermənistandan sülh müqaviləsi ilə bağlı konkret addımlar gözləyir - Ceyhun Bayramov
“Azərbaycan Ermənistandan sülh müqaviləsinin mətnindəki bəndlər üzrə konkret addımlar atmasını gözləyir”.
“TV1” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə birgə mətbuat konfransı zamanı deyib.
“Ermənistandan sülh müqaviləsinin yekun mətninin bəndləri, xüsusilə konstitusiyaya dəyişikliklər və ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı konkret addımlar gözləyirik”, – deyə o qeyd edib.