Azərbaycan gömrükçüləri İrandan Almaniyaya yük aparan maşında 112 kq-dan çox heroin aşkarlayıb - VİDEO

media-ads_728_90

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Almaniyaya “hazır qida məhsulları” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük ətraflı gömrük yoxlamasına cəlb olunub.

“TV1” xəbər verir ki, bu barədə qurumun məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, yoxlama zamanı narkotik vasitə 1218 ədəd plastik qabda konservləşdirilmiş düyünün alt hissəsində aşkarlanıb.

Gizlədilmiş heroinin xalis çəkisi 112 kq 761,757 qram olub.

Faktla bağlı araşdırma aparılır.

media-ads_728_90
Paylaş